Səbail rayonunda Xocalı faciəsinin 25-ci ildönümü anılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonunda Xocalı faciəsinin 25-ci ildönümü anılıb – FOTO

15:28 - 24 / 02 / 2017
Səbail rayonunda Xocalı  faciəsinin 25-ci ildönümü anılıb – FOTO

Xocalı faciəsinin 25-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur.

1news.az-ın məlumatına görə, Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarında, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri, sərgilər keçirilir, mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunub, fevralın 24-ündə  rayonun orta və ali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunub.

Faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində  Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib.

Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki,  bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan məcburi köçkünlərlə birgə “Sahil bağı”nda rayon orta məktəblərinin şagirdlərinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm müsabiqəsinə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel, karaşdaşlarla çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdiriblər.

Sərgi böyük maraqla izlənilib, xocalıların da daxil olduğu münsiflər heyətinin qərarı ilə qaliblər müəyənləşdirilib, onlar  və müsabiqədə fərqlənən bir qrup məktəbli Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları  göstərilib.

1news.az

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər