Azərbaycanla Cibuti arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Cibuti arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

16:10 - 24 / 02 / 2017
Azərbaycanla Cibuti arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Elmar Məmmədyarov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Elmar Məmmədyarov bunu tarixi səfər adlandırdı və ikitərəfli əməkdaşlıqda yeni mərhələ kimi xarakterizə etdi.

Dəvətə görə təşəkkürünü çatdıran Mahmud Əli Yusuf, bu səfərin ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar açacağına əminlik ifadə etdi.

Görüş zamanı nazirlər Azərbaycan və Cibuti arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə etdilər. Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsinin vacibliyini vurğuladılar.

Nazirlər ölkələrimiz arasında siyasi münasibətlərdən, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə etdilər.

Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nın o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirdi. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı Soyqırımına dair qətnamənin qəbul edilməsi, ümumilikdə, Azərbaycanın ədalətli mövqeyini daim və tam şəkildə dəstəklədiyinə görə ölkəmiz adından təşəkkür ifadə etdi.

Mahmud Əli Yusuf ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan etdi.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlıq və Cibutinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunda təmsil olunması qeyd olundu.

Qeyd olundu ki, hər iki ölkənin əlverişli coğrafi-strateji mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, Azərbaycan Hava Yolları QSC-in Cibutinin müvafiq qurumları ilə əməkdaşlığı və qarşılıqlı səfər mübadiləsi təqdir olundu.

Son dövrlər iki ölkə arasında təmasların intensivləşməsinin ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edildi.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov, bu il ölkəmizdə “İslam Həmrəyliyi Oyunları” keçiriləcəyini və Cibuti idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirdi.

Həmçinin humanitar sahədə əməkdaşlıq və Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Cibutili nazirə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti və qurumun Afrika qitəsində həyata keçirdiyi layihələr barədə məlumat verildi.

Tərəflər eyni zamanda tibb, tələbə mübadiləsi və müxtəlif sahələrdə təlimlərin keçirilməsinə dair əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

Görüşdən sonra nazirlər XİN-lər arası ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzaladılar və birgə mətbuat konfransı keçirdilər.

1news.az

Paylaş:
553

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər