Azərbaycan və Ukrayna gəncləri arasında əlaqələrin inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ukrayna gəncləri arasında əlaqələrin inkişafı müzakirə olunub

16:27 - 24 / 02 / 2017
Azərbaycan və Ukrayna gəncləri arasında əlaqələrin inkişafı müzakirə olunub

Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna Parlamentinin Gənclər, İdman,Turizm və ailə Komitəsi arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, Ukrayna Parlamentində baş tutan görüşdə Azərbaycanla Ukrayna arasında əmədaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda iki Komitə arasında təcrübə mübadiləsi, perspektivlər və qarşılıqlı  münasibətlərin inkişaf etdirilməsi müzakirə edilib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov azərbaycanlı və ukraynalı gənclərin müxtəlif beynəlxalq platformalarda, idman yarışlarında birgə fəaliyyətini diqqətə çatdırıb və bunun davamlı olmasının vacidliyini qeyd edib.

Ukrayna Parlamentinin Gənclər, İdman, Turizm və ailə Komitəsinin sədri Artur Palatnıy isə iki Komitə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin 25 ili tamam olur.

1news.az

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər