Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib

18:37 - 24 / 02 / 2017
Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib

Fevralın 24-də Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.

Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan konfransda hər iki ölkənin parlamentariləri, ekspertlər iştirak ediblər.

Əvvəlcə tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirib ki, tədbirin məqsədi ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin inkişafı, habelə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələlərini müzakirə etməkdir.

Qeyd olunub ki, Rusiya-Azərbaycan münasibətləri qlobal əhəmiyyət daşıyır. Bu yaxınlarda ABŞ və Rusiya qərargah rəislərinin görüşünün məhz Bakıda keçirilməsi bunun bariz nümunəsidir.

Tədbir mövzu ətrafında çıxışlarla davam edib.

AZƏRTAC

 

Paylaş:
640

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər