Argentinada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Argentinada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

19:25 - 24 / 02 / 2017
Argentinada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Azərbaycan Respublikasının Argentinadakı səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə  anım tədbiri keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Argentina Milli Konqresinin rəsmiləri, Argentina İslam Mərkəzinin əməkdaşları, Argentinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanşünaslıq kafedrasının fəaliyyət göstərdiyi La Plata Dövlət Universitetinin müəllim-tələbə heyəti, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri və iştirakçıları, mətbuat nümayəndələri, habelə ictimaiyyətin digər təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hazırkı vəziyyət, 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Səfir Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası barədə danışıb, dünyada, xüsusən də güclü erməni diasporunun  mövcud olduğu Argentinada Xocalı soyqırımı, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin mütəmadi yayılmasının zəruriliyi qeyd edib.

Daha sonra argentinalı gənclər tərəfindən “Xocalı. 10 hekayə. Bunlar həqiqət ola bilərdi” kitabından hissələr səsləndirilib.

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib, habelə tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı məlumatı əks etdirən broşürlər təqdim olunub.

1news.az

 

Paylaş:
736

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər