Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 5 nəfər təxliyyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 5 nəfər təxliyyə edilib

09:42 - 24 / 02 / 2017
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 5 nəfər təxliyyə edilib

Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarının birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər