Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib – FOTO

22:33 - 24 / 02 / 2017
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib – FOTO

Fevralın 24-də Ağdaş rayonunda nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş ilk geniştərkibli müşavirə keçirilib.

1news.az-ın məlumatına görə, müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, eləcə də məsul əməkdaşları qatılıb. Tədbirdə 2017-ci ilin iki ay ərzində fəaliyyət göstərən regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazir Ə.Qarayev müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, yerlərdə 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün qarşıdakı aylarda da islahatlar davam etdiriləcək. Ortaya çıxan çətinliklərin həll edilməsi, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır. Həmçinin regional mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərin mübadiləsinin təşkili, həmçinin kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması kimi məsələlərə də xüsusi önəm verilməlidir.

Ə.Qarayev regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini xüsusi qeyd edib. Bildirib ki, bunun üçün regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Regional mədəniyyət və turizm idarələrinin saytları yaradılmalı, sosial şəbəkələrdə səhifələri açılmalı və bu istiqamətdə aktiv fəaliyyət göstərilməlidir.

Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətinin təşkil üçün rəngarəng mədəniyyət proqramları, müvafiq layihələr reallaşdırılır.

Həyata keçirilən bu tədbirlər cari il ərzində də davam etdiriləcək. Bu ilin mayında Azərbaycanda IV İslam Həmrəylik Oyunları, iyunda “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar keçiriləcək. Yeni yaradılan mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turistik imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə fəal qatılmalıdır.

Müşavirədə regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub, bir sıra təkliflər səslənib. Həmçinin regional mədəniyyət və turizm idarələrinin fəaliyyətindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər nəzərdən keçirilib, mövcud problemlərə dair fikir mübadiləsi aparılıb. Nazir idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib.

1news.az

 

Paylaş:
881

Son xəbərlər

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33
Bütün xəbərlər