Sabah temperatur bir neçə dərəcə yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah temperatur bir neçə dərəcə yüksələcək

13:25 - 25 / 02 / 2017
Sabah temperatur bir neçə dərəcə yüksələcək

26 fevralda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, günün birinci yarısında 11-16, günün ikinci yarısında 7-11, Bakıda gecə 4-6, gündüz 14-16, günün ikinci yarısında 7-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 773  mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər