Novruz Məmmədov: “Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq”
“Soyqırımı bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır”.
1news.az xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb:
“Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırımı “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə həmçinin onların faciəsidir. Bu soyqırımı damğasını erməni tarixi daim daşıyacaq”, - deyə N. Məmmədov qeyd edib.
1news.az
564