Bakıda qadın özünü yandıraraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın özünü yandıraraq öldü

12:34 - 25 / 02 / 2017
Bakıda qadın özünü yandıraraq öldü

Bakıda qorxunca hadisə baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib.

H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər