Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə müraciət ünvanlanıb
Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.
1news.az xəbər verir ki, İngilis dilində ünvanlanan müraciətdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilib.
Bildirib ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliyamdır. Müraciətində 20 faiz ərazilərimizin işğal altında olduğu, bu günə qədər 10-dan çox ölkənin Parlamenti və ən nüfuzlu Beynəlxalq təşkilatlar tərəfindən Xocalının insanlıq əleyhinə olan cinayət kimi tanındığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə tərəf olsa da məsələnin həlli istiqamətində ciddi irəliləyişlər olmayıb.
Müraciətin sonunda Avropa Parlametinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilib və bildirilib ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaqdır.
1news.az