Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma quraşdırılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma quraşdırılıb – FOTO

10:23 - 27 / 02 / 2017
Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma quraşdırılıb – FOTO

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür.

1news.az-ın məlumatına görə, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Dəniz Vağzalında Xocalı qətliamının qurbanlarına ithaf olunan xüsusi işıqlandırma həyata keçirilib.

Bu faciədə həyatını itirmiş şəxslərin ruhunun əziz xatirəsinə həsr olunan xüsusi işıqlandırma 25, 26 və 27 fevral tarixlərində həyata keçirilir.

Qeyd etmək istərdik ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər aparır.

1news.az

 

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər