Mübariz Əhmədoğlu: Ermənilərin hərbi aktivliyi gözlənilən idi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənilərin hərbi aktivliyi gözlənilən idi

11:50 - 27 / 02 / 2017
Mübariz Əhmədoğlu: Ermənilərin hərbi aktivliyi gözlənilən idi

Ermənistanın rəsmi hərbçiləri aprel döyüşlərindən sonra nöqsanların aradan qaldırıldığını və nəinki Azərbaycan ordusunun hücumlarını dəf etməyə, hətta hücum əməliyyatları keçirməyə, aprel döyüşləri zamanı itirdiklərini geri qaytarmağa hazır olduqlarını bildirirlər.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Akopyanın Brüsseldə NATO və ABŞ hərbçilərlə görüşü ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının rəisi M.Akopyan bəyanatları xüsusi fərqləndi. Guya Ermənistan ordusu 15 metr dəqiqliklə Azərbaycan ərazisində istənilən hədəfi vura bilər. M.Akopyanın aprel döyüşlərindən sonra, o cümlədən Baş Qərargahının rəisi vəzifəsinə təyin olunduqdan sonra bütün bəyanatları ilə tanışıq və müqayisəli təhlil apara bilirik. Onun son müsahibəsi çox kəskindir. Bu dövr ərzində Ermənistanın ordusunda heç bir ciddi irəliləyiş olmayıb. Əksinə, erməni ordusunda mənəvi psixoloji mühitin, zabit-əsgər münasibətlərinin pisləşməsi göz qabağındadır.

Hərbçilərin intiharının sayının artması çox şey deyir. Ermənistan ordusunda avtomobil qəzalarından birinin təhqiqatı sona çatıb. Qəzanın səbəbi kimi avtomobilin təmirə ehtiyacı olduğu halda təmir edilməməsi və benzinə qənaət etmək məqsədi ilə avtomobilin qısa, amma narahat yol seçməsi olub. Belə ordunun bir nömrəli hərbçisi Azərbaycanın ünvanına hədələr yağdırmasının iki ehtimalı üzərində dayanırıq.

Politoloq qeyd edib ki, M.Akopyan orduda problemlərin artmasını bilir və hay-küylü bəyanatlarla problemdən diqqəti yayındırır.

“M.Akopyan son bəyanatından əvvəl Brüsseldə NATO-nun iqamətgahında NATO, xüsusilə ABŞ hərbçiləri ilə görüş keçirdi. Yada salaq k, 2016-cı ilin aprel hadisələrindən əvvəl Ermənistan müdafiə nazirinin müavini D.Tonoyan NATO-da statik müdafiə konsepsiyasından imtina edib, ram edilmə konsepsiyasına keçdi. NATO mütəxəssisləri ilə müzakirə edib onların xeyir-duasını almışdı. Ay yarımdan sonra aprel döyüşləri başladı. Ermənistan ordusunun vəziyyətini xarakterizə etmək üçün daha başqa misal göstərmək mümkündür. Müdafiə naziri V.Sərkisyan üçün ordu iqtisadi subyektdir. O erməni əsgərləri üçün tikilən ayaqqabını brend adlandırdı. Əhalini bu ayaqqabıları geyinməyə çağırdı”.

Mübariz Əhmədoğlunun fikrincə, Ermənistan prezidenti S.Sərkisyanın mövqeyi ikilidir. O, gənclərlə görüşdükdə hərbi vətənpərvərlik şüarları səsləndirir.

“Dağlıq Qarabağ tənzimlənməsinə dair səsləndirdiyi fikirlərin hamısının mənası ikilidir. S.Sərkisyan bütün görüşlərində, o cümlədən ordunun 25 illiyinə həsr olunmuş tədbirlərdə “Artsax xalqı” və ya “Dağlıq Qarabağ xalqı” terminlərini işlətmədi. Görünür S.Sərkisyan ciddi dəyişikliklərə hazırlaşır. Onun qabağında duran əsas sual dinc tənzimlənməyə Ermənistana imkanın və ya razılığın verilib-verilməməsidir.

Azərbaycanla münasibətlər, hərbi silahlanma ilə səsləndirdiyi fikirlər heç bir tənqidə dözmür. Yaxşı halda uşaq sayıqlamaları adlandırmaq mümkündür.

O zaman müdafiə nazirinin birinci müavin D. Tonoyan 2016-cı ilin fevralında və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi M.Akopyanın 2017 ci ilin yanvarında  NATO –da görüşlərindən  sonra prezident S.Sərkisyan Brüsseldə, o cümlədən NATO iqamətgahında görüşlər keçirir”.

1news.az

Paylaş:
586

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər