Roman Qrojan: Bu il Bakıda çətin olacaq | 1news.az | Xəbərlər
FORMULA 1

Roman Qrojan: Bu il Bakıda çətin olacaq

13:50 - 02 / 03 / 2017
Roman Qrojan: Bu il Bakıda çətin olacaq

Məlum olduğu kimi, bu ilin yayında, 23-25 iyun tarixlərində, Bakıda ikinci dəfə Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) saytına istinadən sözügedən yarışda iştirak edəcək Haas F1 komandasının pilotu Roman Qrojan ilə eksklüziv müsahibəni təqdim edirik:

- Yeni avtomobillərin dizaynını necə qiymətləndirirsiniz? 

- Onlar həqiqətən də çox əla görünürlər, aqressiv görkəmə malikdir. Ən əsası isə budur ki, onlar bizdə əvvəllər olan bolidlərdən çox sürətlidir. Mən enli şinlərə, geniş arxa qanadlara malik bu bolidi görən kimi dərhal öz-özümə düşündüm ki, o mütləq sürətli bolid olmalıdır. Buna görə də, bizi qarşıda maraqlı bir mövsüm gözləyir. Baxarıq, görərik kimlər mövsümlərarası dövrlərdə yaxşı çalışıb. Ümidvaram ki, biz də irəliyə doğru bir addım atmışıq. Hələlik isə ötmənin asan olub-olmayacağı aydın deyil və bu məsələ ilə əlaqədar hər hansı bir məlumat yoxdur.

- Ümumiyyətlə, yeni mövsümə hazırlıq necə keçdi?

- Məşqlər çox ciddi bir rejimdə keçdi - trenajor zalında çoxlu tapşırıqlar yerinə yetirildi, qaçış hərəkətləri, velosiped yürüşləri və s. icra olundu. Bu, mənim üçün ən mürəkkəb qış mövsümlərindən biri idi.

- Mövsüm öncəsi hansı gözləntiləriniz var və hansı məqsədlərə nail olmağı qarşıya məqsəd qoymusunuz?

- Hələlik bu barədə danışmaq çətindir. Çünki hələ ki mövsümə start verilməyib. Əsas məsələ, təkmilləşdirmələri davam etdirməkdir.
 
- Bəs ikinci mövsüm birinci ilə müqayisədə daha çətin olmayacaqmı?
 
- Bəli, belə bir fikir var. Lakin fikrimcə bizim üçün daha asan olacaq. Çünki bizim topladığımız müəyyən biliklər var və biz maşınla necə işləyəcəyimizi bilirik. Buna görə də, düşünürəm ki, biz ötən ilə nisbətən daha yaxşı çıxış edəcəyik.

- Karyeranızın lap başlanğıcında siz tez-tez qəza keçirirdiniz. Bu, az qala “Formula 1”-dəki çıxışlarınızın dayandırılması ilə nəticələnəcəkdi. Artıq bu çətinliklər arxada qalıb. Onların öhdəsindən necə gələ bildiniz?

- Bəli, mən lazım olduğundan artıq aqressiv idim. Bunu yeniyetməliyimə verin. Ancaq sonralar təcrübə topladım, daha sakit və inamlı davranmağa başladım, daha stabil çıxışlar sərgilədim, bir neçə dəfə podiuma çıxdım, maşından maksimum nəticəni götürməyə çalışdım. Hər il “Formula 1” yarışlarında yeni nəsə öyrənirsiniz.

- Komandada çoxlu sayda tərəf müqabiliniz vardı. Necə düşünürsünüz, “Formula 1” komandasında sağlam münasibətlərin qurulması üçün ən mühüm olan nədir?
 
- Daimi rəqabət mühitində sağlam münasibətlərin qurulması həmişə çox mürəkkəbdir. Lakin fikrimcə bunun üçün ən vacib amil hörmətdir. Onsuz heç nə alına bilməz.
 
- Bildiyiniz kimi, dünən Kurt Buş (“Haas” komandasında çıxış edir) gərgin mübarizənin olduğu Naskar yarışlarında qalib gəldi. Necə düşünürsünüz, “Haas” komandasının “Formula 1” yarışlarında ilk qələbəsini nə qədər gözləməli olacağıq?

- Səmimi desəm, bu suala cavab vermək çox çətindir. “Haas” artıq 10 ildir ki, Naskarda çıxış edir. Ümidvaram ki, burada bizə daha az vaxt tələb olunacaq. Kağız üzərindəki planları əsas götürüb bizdən bu il qələbələr gözləməyə dəyməz. Ancaq, kim bilir, 3-4 il sonra bəlkə də biz artıq qələbələr uğrunda mübarizə aparmağa başlayacağıq.

- Bakı haqqında danışaq. Bakıda ən çox nə xoşunuza gəldi?
 
- Ölkəni, şəhəri, xüsusilə də şəhərin qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi. Yolları xüsusilə qeyd etməyə dəyər. Trek, sözün əsl mənasında, mürəkkəb, iti və keçid üçün heç də asan olmayan bir vəziyyətdə idi. Düşünürəm ki, bu il daha sürətli bolidlərlə bizə burada yarışmaq daha çətin olacaq. Əla yerdir!

- Baş aşpaz dostunuza onun işlədiyi yerli restoranda baş çəkməyə macal tapdınızmı?
 
- Bəli, hər axşam orada şam yeməyi yeyirdik.

1news.az

 

Paylaş:
1151

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər