Futzal millimizin oyunlarının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Futzal millimizin oyunlarının vaxtı açıqlanıb

09:27 - 02 / 03 / 2017
Futzal millimizin oyunlarının vaxtı açıqlanıb

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunlarının təqvimi müəyyənləşib.

1news.az-ın xəbərinə görə, “Avro-2018”ın final mərhələsi üçün mübarizə aparan komandaların oyunu Bakıda keçiriləcək.

İlk turda yığmamız Bosniya və Herseqovina ilə qarşılaşacaq. Daha sonra Albaniya, sonda isə Macarıstanla üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin qrup qalibləri birbaşa AVRO-2018-ə vəsiqə qazanacaq. 2-ci yer sahibləri və ən yaxşı nəticəyə malik 3-cü yeri tutan komanda pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

AVRO-2018 əsas seçmə mərhələ

II qrup

I tur

8 aprel

16:00. Macarıstan - Albaniya

18:30. Azərbaycan – Bosniya və Herseqovina

II tur

9 aprel

16:00. Bosniya və Herseqovina - Macarıstan

18:30. Azərbaycan – Albaniya

III tur

11 aprel

17:30. Albaniya – Bosniya və Herseqovina

20:00. Macarıstan – Azərbaycan

1news.az

Paylaş:
628

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər