Luis Enrike “Barselona”dan ayrılacağını təsdiqlədi | 1news.az | Xəbərlər
Futbol

Luis Enrike “Barselona”dan ayrılacağını təsdiqlədi

11:56 - 02 / 03 / 2017
Luis Enrike “Barselona”dan ayrılacağını təsdiqlədi

“Barselona”nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacaq.

1news.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu haqda qərarını La Liqanın son turunda “Sportinq”ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:

“Gələn mövsümdən “Barselona”nı çalışdırmayacam. Bu cür qərar verməyimin səbəbi yorğunluqdur. Bu iş daima çalışmağı tələb edir. Mənim isə istirahətə ehtiyacım var”.

Baş məşqçi qərarını futbolçulara da açıqladığını bildirib.

Qeyd edək ki, 2014-cü ildən “Barsa”nı çalışdıran Enrikenin klubla müqaviləsi 2017-ci ilin yayında başa çatır.

1news.az

Paylaş:
786

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər