İlham Zəkiyev vitse-prezident oldu | 1news.az | Xəbərlər
İdman

İlham Zəkiyev vitse-prezident oldu

16:18 - 03 / 03 / 2017
İlham Zəkiyev vitse-prezident oldu

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V Hesabat seçki yığıncağı keçirilib. 

1news.az-ın məlumatına görə, tədbirdə qurumun rəhbərliyinə yeni seçkilər baş tutub. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev bu gün 37 yaşını qeyd edir.

1news.az

Paylaş:
1242

Son xəbərlər

Bütün xəbərlər