“Kəpəz” son dəqiqələrdə qələbəni əldən verib | 1news.az | Xəbərlər
Futbol

“Kəpəz” son dəqiqələrdə qələbəni əldən verib

17:06 - 05 / 03 / 2017
“Kəpəz” son dəqiqələrdə qələbəni əldən verib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 38-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Şəhriyar Əliyev hesabı açıb. 90-cı dəqiqədə isə qonaq komandanın yeni transferi Vaqif Cavadov bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Kəpəz" 18 xalla 7-ci, AZAL 9 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, tura saat 18:00-da başlanacaq "Neftçi" – "Zirə" matçı ilə yekun vurulacaq.

1news.az

Paylaş:
679

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər