Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri məlum oldu – FOTO | 1news.az | Xəbərlər
İdman

Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri məlum oldu – FOTO

13:31 - 06 / 03 / 2017
Stolüstü tennis üzrə ölkə çempionatının qalibləri məlum oldu – FOTO

28 fevral – 4 mart tarixlərində Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.

1news.az-ın məlumatına görə, Federasiyanın vitse-prezidenti Fazil Məmmədov dövlətimizin fiziki-mənəvi sağlamlığının qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.

Qeyd edək ki, çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak edib. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları iştirak edib.

9 kişi və 7 qadın  komandasının iştirak etdiyi komanda yarışlarının nəticələrini təqdim edirik:

Kişilər:    

I yer – Bakı 1

II yer -  Bakı 3

III yer - Sumqayıt, Bakı – 2

Qadınlar: 

I yer – Sumqayıt 1

II yer – Bakı 1

III yer – Şəki, Sumqayıt 2

Şəxsi oyunlarda:

Kişilər:    

I yer – Cəfərov Ramil

II yer – Həşimli Xəyal

III yer – Ansari İbrahim, Allahverdiyev Vəzir

Qadınlar: 

I yer – Eminova Bilurə

II yer – Qarayeva Nəzakət

III yer – İmanova Məryəm, Əhmədova Nəzrin

Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunmuşdur.

1news.az

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər