Riçard Almeyda millimizin düşərgəsindən ayrılıb | 1news.az | Xəbərlər
Futbol

Riçard Almeyda millimizin düşərgəsindən ayrılıb

14:36 - 07 / 03 / 2017
Riçard Almeyda millimizin düşərgəsindən ayrılıb

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra yığmanın düşərgəsindən ayrılıb.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçinin milliyə çağırılmasında məqsəd onun komandanın ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub.

Riçard Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FİFA-nın qərarının növbəti aylarda  açıqlanması gözlənilir.

1news.az

Paylaş:
835

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər