“Turan” klubunun iki oyunçusu xəstəxanaya yerləşdirilib
Tovuzda fəaliyyət göstərən “Turan” futbol klubunun oyunçusu zəhərlənib.
1news.az APA-ya istinadən xəbər verir ki, klubun futbolçusu Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edərək, zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M. Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib.
Klubun başqa bir futbolçusu Tağıyev Eltay da səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib.
1news.az
802