Kazuyoşi Miyura meydana çıxan ən yaşlı futbolçu adını qazanıb | 1news.az | Xəbərlər
Futbol

Kazuyoşi Miyura meydana çıxan ən yaşlı futbolçu adını qazanıb

22:45 - 08 / 03 / 2017
Kazuyoşi Miyura meydana çıxan ən yaşlı futbolçu adını qazanıb

Yaponiyanın ikinci liqasında çıxış edən “Yokohama” klubunun 50 yaşlı futbolçusu Kazuyoşi Miyura rəsmi oyunda meydana çıxan ən yaşlı futbolçu adını qazanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “V-Varen Nagasaki” ilə oyunda meydana çıxan futbolçu ingilis Stenli Matteusanın rekordunu yeniləyib.

Xatırladaq ki, Braziliyada “Santos” və İtaliyada “Cenoa” kimi klublarda çıxış etmiş yapon futbolçu 1990-2000-ci illər ərzində formasını geydiyi Yaponiya yığma komandasında 89 oyun keçirib və 55 qol vurub.

1news.az

 

Paylaş:
883

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər