Ağcabədidə tank əleyhinə əl qumbarası tapılıb – FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi rayonunda apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ağcabədi rayonunun Aran kəndində bir ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə əl qumbarası (RKQ-3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 9 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 150 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 979 ədəd partlamamış hərbi sursat, 69 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 007 947 kv.m ərazi (464 305 kv.m ərazi əl ilə, 246 200 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 184 442 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az