Velosiped, skuter və motosiklet sürücülərinə müraciət: Piyada keçidlərində qaydanı pozmayın | 1news.az | Xəbərlər
Cəmiyyət

Velosiped, skuter və motosiklet sürücülərinə müraciət: Piyada keçidlərində qaydanı pozmayın

Qafar Ağayev09:37 - Bu gün
Velosiped, skuter və motosiklet sürücülərinə müraciət: Piyada keçidlərində qaydanı pozmayın

Velosiped, skuter, moped və motosiklet sürücüləri piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.

Qeyd olunub ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri bu qaydanı bilərəkdən və ya bilməyərəkdən pozurlar. Xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində qeydə alınan halların təhlili göstərir ki, kuryer xidməti göstərən bəzi şəxslər də piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşmür, hərəkətlərini onun üzərində davam etdirirlər.

Bunun isə piyadalar üçün təhlükəli vəziyyət yaratdığı və qəza riskini artırdığı vurğulanıb.

Mərkəzdən bildirilib ki, müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərin təhlili aparılan təbliğat-izahat və maarifləndirmə tədbirlərinin müsbət nəticə verdiyini göstərir. Belə ki, artıq bir çox velosiped və skuter sürücüləri yollarda, səkilərdə və piyada keçidlərində qaydalara uyğun hərəkət edirlər.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qəzaların qarşısının alınması üçün bütün ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər