“Barselona” möcüzəni bacardı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Barselona” möcüzəni bacardı – VİDEO

09:30 - 09 / 03 / 2017
“Barselona” möcüzəni bacardı – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab görüşü keçirilib.

1news.az-ın məlumatına görə, “Barselona” PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşıb.

“Barselona”nın PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra bu oyunda möcüzəni reallaşdıracağı inanılmaz olsa da, katalonlar bunu bacardılar. Oyuna qolla başlayan Luis Enrikenin yetirmələri 3:0-dan sonra PSJ-nin qoluna məyus olsalar da, sonradan özlərində güc tapa bildilər. Neymarın dublu və Serxio Robertonun qolu ilə fransızları 6:1 hesabı ilə darmadağın edən “Barsa” 1/4 finala yüksələn tərəf olub. 

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk oyundakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Obameyanqın het-tirk etdiyi oyunda dortmundlular 4:0 hesablı darmadağına seviniblər.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

8 mart

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

İlk oyun: 0:4

“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) - 4:0

Qollar: Obameyanq, 4, 61, 85, Pulisiç, 59

İlk oyun: 0:1

1news.az

Paylaş:
1034

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər