Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçı xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçı xilas edilib

17:40 - 10 / 03 / 2017
Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçı xilas edilib

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçı xilas edilib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.

Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib və batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edilərək sahilə gətirilib.

1news.az

Paylaş:
847

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər