Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatıb

19:51 - 10 / 03 / 2017
Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatıb

Bu il yanvarın 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 6 913,2 milyon ABŞ dolları (12 241,3 milyon manat) təşkil edib.

1news.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,4% təşkil edib.

Məlumatda deyilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

1news.az

Paylaş:
749

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər