Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib - FOTO

15:15 - 11 / 03 / 2017
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib - FOTO

Martın 11-də  ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının  yarımfinal turu keçirilib.

Təhsil Nazirliyindənn 1news.az-a verilən məlumata görə, olimpiadanın yarımfinal turu ölkənin 12 müxtəlif bölgəsində - Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib.

6000-ə yaxın şagirdin iştirak etdiyi yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş şagirdlər iştirak ediblər.

Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək.

Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30 minə yaxın şagird iştirak edib.

1news.az

 

Paylaş:
2498

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər