Rüstəm Orucov Böyük Dəbilqə turnirində bürünc medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Rüstəm Orucov Böyük Dəbilqə turnirində bürünc medal qazanıb

17:59 - 11 / 03 / 2017
Rüstəm Orucov Böyük Dəbilqə turnirində bürünc medal qazanıb

Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində daha 2 medal qazanıb.

1news.az “Report”a istinadən xəbər verir ki, 73-cü kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı Rüstəm Orucov bürünc medal uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçusu Xanım Hüseynova da bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Azərbaycanın digər idmançısı Gülsədəf Kərimovanı üstələyib.

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb.

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər