120-lik yolda əks istiqamətdə hərəkət edən sürücü həbs edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

120-lik yolda əks istiqamətdə hərəkət edən sürücü həbs edilib - VİDEO

20:50 - 11 / 03 / 2017
120-lik yolda əks istiqamətdə hərəkət edən sürücü həbs edilib - VİDEO

Ötən gün Heydər Əliyev prospektində 120 km/saat sürət rejimi olan yolda hərəkətin əks istiqamətində gedən “ZİL” markalı yük maşınının sürücüsü saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi Vaqif Əsədovun “Report”a məlumat verib.

Onun sözlərinə görə, dünən yayılan video ilə bağlı yol polisi tərəfindən araşdırma aparılıb və kamera görüntüləri nəzərdən keçirilib.

Məhkəmənin qərarı ilə sürücü Elçin Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bu gün “99 YP 314” avtopatrul maşınında xidmət aparan Bakı şəhər DYPİ-nın Yol-Patrul Xidməti Alayının polis baş serjantı Mirsəməd Seyidov həmin avtomobili sürücü ilə birlikdə Hava limanı - Binə yolunda aşkar edib. Bununla əlaqədar İdarədə araşdırma aparılaraq sənədləşdrilib.

Məlum olub ki, martın 10-da səhər saat 11.30-da Aeroport yolu ilə hərəkətin əksinə təhlükəli manevr edən və həmin yolda digər avtomobillərin hərəkətinə mane və təhükə yaradaraq hərəkət edən sürücü 1971-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 5 uşaq atası Babayev Elçin Tinxan oğludur. O əməlini etiraf edib və bildirib ki, həmin vaxt sərxoş olub. Hətta bu gün məhkəmə qarşısına da içkili halda çıxıb. Bu vəziyyətdə isə öz əməlinə haqq qazandırmağa çalışıb:

“İçmişəm, yaxşı eləmişəm. Gedib cəriməmi ödəyəcəyəm. Ona görə “protiv” gedirdim ki, benzinim az yansın”.

Sürücü E.Babayev Binə bələdiyyəsinin işçisi olub və kommunal təyinatlı yük avtomobilini idarə edirmiş.

1news.az

Paylaş:
1332

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər