Qaxda balıq tutumağa gedən uşaqlar qadın meyiti tapdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda balıq tutumağa gedən uşaqlar qadın meyiti tapdı

19:11 - 12 / 03 / 2017
Qaxda balıq tutumağa gedən uşaqlar qadın meyiti tapdı

Dünən Qax rayonunun Əlibəyli kəndi ərazisindən tapılan qadın meyitinin kimə məxsus olması hələlik məlum olmayıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı ölən qadının 20-25 yaşlarında olduğu, bədənində bəzi xəsarətlərin olduğu üzə çıxıb.

Onun Əlibəyli kənd sakini olmaması da dəqiqləşdirilib.

Bildirilir ki, dünən günortadan sonra kənddən keçən kanaldan balıq tutan uşaqlar suda qadın meyiti görüblər və bu barədə məlumat veriblər.

Hazırda araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
1087

Son xəbərlər

Bütün xəbərlər