Martın 14-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Martın 14-nə olan hava proqnozu açıqlanıb

13:26 - 13 / 03 / 2017
Martın 14-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 14-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma  daxilində  761  mm civə sütunu,  nisbi rütubət  gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

1news.az

Paylaş:
1231

Son xəbərlər

Bütün xəbərlər