“Neft Daşları”nda yeni quyu qazılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları”nda yeni quyu qazılır

23:10 - 13 / 03 / 2017
“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları” yatağındakı 2150 nömrəli meydançadan 2366 nömrəli quyuda qazma işləri davam etdirilir.

1news.az-a SOCAR-dan verilən xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1780 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

1news.az

Paylaş:
450

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər