Komandalarımız Hollandiyadan 6 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır | 1news.az | Xəbərlər
İdman

Komandalarımız Hollandiyadan 6 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır

11:27 - 13 / 03 / 2017
Komandalarımız Hollandiyadan 6 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdır

Hollandiyanın Eindhoven şəhərində keçirilən “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.

1news.az-ın məlumatına görə, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb.

-45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (-54 kq), Məhəmməd Məmmədov (-63 kq) və Radik İsaev (+87 kq) qarşılaşdığı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olular. Qadın taekvondoçumuz Darya Şkurko (-62 kq) finala yüksəlsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günü  böyüklər arasında mübarizədə Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (-67 kq) qızıl, Ayxan Tağızadə (-68 kq) bürünc medal, gənclərdən isə Ayaz Qənbərli (-51 kq) gümüş, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, milli komandalarımız İki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc, ümumilikdə 10 medalla başa vurdu.

1news.az

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər