Meteoroloqlardan meteohəssas insanlara şad xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan meteohəssas insanlara şad xəbər

13:25 - 14 / 03 / 2017
Meteoroloqlardan meteohəssas insanlara şad xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma  daxilində  760  mm civə sütunu,  nisbi rütubət  gecə 86-95, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

Paylaş:
805

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər