Bugünkü hərracda dollar ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bugünkü hərracda dollar ucuzlaşıb

14:54 - 14 / 03 / 2017
Bugünkü hərracda dollar ucuzlaşıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

1news.az-a AMB-dən verilən xəbərə görə,   hərracda manatın orta çəkili məzənnəsi 1,7279 səviyyəsində formalaşıb.

Mərkəzi Bank bu gün üçün USD/AZN məzənnəsini 1,7437 səviyyəsində müəyyən edib. Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,91% bahalaşıb.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər