Masallıda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olunub - FOTO

19:34 - 14 / 03 / 2017
Masallıda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olunub - FOTO

Martın 14-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirəni DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov  açaraq qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam aləmində həmrəyliyə, birliyə nail olmaqla yanaşı, beynəlxalq arenada  sivilizasiyalar arasında həmrəyliyə də müsbət təsir göstərəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini S.Salahlı ümummilli lider  Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib.

O bildirib ki, ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan S.Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.

Tədbirdə  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov və başqaları çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
685

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər