Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB

12:21 - 14 / 03 / 2017
Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB

Dünən Bakının Nərimanov rayonu ərazisində itkin düşən 18 yaşlı qız tapılıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdi olan N.K-nın oxuduğu 202 saylı orta məktəbin direktoru Qasım Qasımov Lent.az-a bildirib ki, dünən evə gec gedən məktəblinin anası təşvişə düşərək polisə müraciət edib:

“Həmin qızın qardaşı qızılca olub, ona görə də bu gün məktəbə gəlməyib. Mən əlaqə saxlayıb maraqlandım, uşaq hazırda evlərindədir”.

11:12

Paytaxtda məktəbli itkin düşüb.

1news.az xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən APA-ya məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.

1news.az

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər