Neft hasilatı 7,3 faiz azalıb
Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az sənaye məhsulu istehsal edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında hesabatında qeyd olunub.
Məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artıb, neft sektorunda isə 5,1 faiz azalıb.
Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda, 22,5 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 7,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.
1news.az