Ağdamda qadını iribuynuzlu heyvan deyil, oğlu maşınla vuraraq öldürüb
Ötən gün Ağdamda baş verən ölüm hadisəsinin dəqiq səbəbləri məlum olub.
1news.az APA-ya istinadən xəbər verir ki, Ağdam sakini 56 yaşlı Filyar Əliyevanın iribuynuzlu heyvanın vurması nəticəsində öldüyü barədə məlumat yayılsa da, onun öz oğlu tərəfindən avtomobillə vurularaq öldürüldüyü məlum olub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1news.az
578