Ötən 2 ayda dövlət büdcəsinə 1 milyarda yaxın vergi ödənişi daxil olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən 2 ayda dövlət büdcəsinə 1 milyarda yaxın vergi ödənişi daxil olub

17:47 - 15 / 03 / 2017
Ötən 2 ayda dövlət büdcəsinə 1 milyarda yaxın vergi ödənişi daxil olub

Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Bu barədə 1news.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub.

Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

1news.az

Paylaş:
648

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər