Kinoşünas və rejissor Aydın Dadaşov vəfat edib
Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib.
1news.az xəbər verir ki. Bu barədə “Report”a mərhumun oğlu Orxan Dadaşov məlumat verib.
Rejissorun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, A.Dadaşov 1952-ci ildə Ağdam şəhərində anadan olub, 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini,1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 1975-ci ildə C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışıb. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru idi. Həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbəri idi.
1news.az