V Qlobal Bakı Forumu işini “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda iclasla davam etdirir – FOTO
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda V Qlobal Forum rəsmi hissədən sonra işini “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda iclasla davam etdirir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iclasın moderatoru olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğuladı.
İclasda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak edirlər.
1news.az