Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqlənib

13:41 - 16 / 03 / 2017
Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqlənib

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə əmr imzalayıb.

1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulub.

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib, yerləşdirilməsi məqsədilə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları təsdiq edilib. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiqlənib.

Yerli təhsili idarəetmə orqanlarına tapşırılıb ki, bu əmrin və qaydaların ümumi təhsil müəssisələrinə çatdırılmasını, pedaqoji heyət arasında qaydalarla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etsinlər, direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlasınlar və bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim etsinlər. Müsabiqənin mart-avqust aylarında qaydalara uyğun təşkili və keçirilməsini təmin ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub.

1news.az

 

Paylaş:
796

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər