İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb

16:32 - 16 / 03 / 2017
İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Gürcüstan Prezidenti qeyd etdi ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayaraq, münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və əlaqələrimizin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını dedi. Dövlətimizin başçısı münasibətlərimizin bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin vacibliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət etdiyini bildirdi.

1news.az

Paylaş:
475

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər