Əli Həsənov: Azərbaycan dünyada münaqişələrin aparılmaması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Azərbaycan dünyada münaqişələrin aparılmaması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir

18:42 - 16 / 03 / 2017
Əli Həsənov: Azərbaycan dünyada münaqişələrin aparılmaması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Bakı Qlobal Forumunda “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” panelində çıxışı zamanı bildirib ki, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür:

“Dünya siyasətində aparıcı qurumların rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar meydana çıxır. BMT-nin münaqişələrin həllinə ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. BMT-nin münaqişələrin aradan qaldırılması ilə bağlı məsələyə eyni mövqedən yanaşmaması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Təşkilat qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə eyni münasibət göstərmir ki, bu da təşkilatın nüfuzuna böyük zərbə vurur, BMT-yə olan inam getdikcə azalır".

Prezidentin köməkçisi əlavə edib ki, BMT Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində qətiyyətli mövqe nümayiş etdirmir:

"Məsələn, Liviya ilə bağlı qətnamələr dərhal yerinə yetirilsə də, Dağlıq Qarabağla bağlı qətnamələr 25 ildir yerinə yetirilmir. Ədalətli fəaliyyət məqsədilə təşkilatda köklü dəyişikliklərin aparılmasına ciddi zərurət yaranır".

Ə.Həsənov bildirib ki, Azərbaycan dünyanın bütün regionlarında münaqişələrin aparılmaması üçün, sülhün bərqərar olması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir:

"İslahatların aparılması Dağlıq Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsi üçün əlverişli imkanlar yarada bilər. Bu gün dünyada dövlətlərin gücü və beynəlxalq qanunlar arasında balansın tapılması dünyanın xilası deməkdir".

1news.az

Paylaş:
710

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər