“Monako” və “Atletiko” 1/4 finalda – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Monako” və “Atletiko” 1/4 finalda – VİDEO

09:34 - 16 / 03 / 2017
“Monako” və “Atletiko” 1/4 finalda – VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, keçirilən iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olub.

“Monako” Fransada “Mançester Siti”ni qəbul edib. İngiltərədə keçirilən görüşdə 5:3 hesablı qələbə qazanan “şəhərlilər” səfərdə bu üstünlüyünü qorumağa çalışıb. Lakin inamlı oyunu ilə seçilən “Monako” 3:1 hesablı qələbə qazanıb. Ümumi nəticə 6:6 olsa da, səfərdə daha çox qol vuran Fransa təmsilçisi 1/4 finala adlayıb.

Digər görüşdə isə “Atletiko” “Bayer Leverkuzen”i qəbul edib. Görüşdə hesab açılmayıb. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb. 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iştirakçıları “Lester”, “Yuventus”, “Real”, “Barselona”, “Borussiya” (Dortmund) və “Bavariya”dır. Bu mərhələnin püşkü martın 17-də atılacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

15 mart

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 0:0

İlk oyun - 4:2

“Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 3:1

Qollar: Mbappe, 8, Fabinyo, 29, Bakayako, 77 - Sane, 71

İlk oyun – 3:5

1news.az

Paylaş:
914

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər