Kapital Bank bayram günlərində xidmət göstərəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank bayram günlərində xidmət göstərəcək

10:55 - 16 / 03 / 2017
Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək.

20-21 martda Mərkəz, 22-23 martda İçərişəhər və 19-21 martda Astara filialı. Qeyd olunan filiallar saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
969

Son xəbərlər

Bakıda üç avtomobil yanıb

24 / 04 / 2025, 16:30

İsmayıllıda zəlzələ olub

24 / 04 / 2025, 14:45
Bütün xəbərlər