Qızılqaz gölünə 29 min ədəd zəli buraxılıb
15 mart tarixində 29 min ədəd zəli KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.
Qeyd edək ki, Qızılqaz gölündə zəlilərin yaşaması üçün münbit hidroloji, fiziki-kimyəvi və hidrobioloji şərait var və ərazidəki zəlilər yerli biotopun tərkib hissəsidir. Hazırda göldə suyun temperaturu normalara cavab verir.
40 min ədəd zəli isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəetməsində olan müəssisədə saxlanca verilib, istintaq bitəndən sonra onlar da KİV, ekoloji QHT və aidiyyəti dövlət qurumlarının iştirakı ilə təbiətə buraxılacaq.
Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında qaçaqmalçılıq yolu ilə 69 min zəli ölkədən çıxarılarkən Gömrük İdarəsi tərəfindən müsadirə olunub.
1news.az