Makedoniyanın birinci xanımı Azərbaycan Xalça Muzeyində olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Makedoniyanın birinci xanımı Azərbaycan Xalça Muzeyində olub – FOTO

12:28 - 16 / 03 / 2017
Makedoniyanın birinci xanımı Azərbaycan Xalça Muzeyində olub – FOTO

Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub.

1news.az-a Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən verilən xəbərə görə, muzeyin direktoru Şirin Məlikova xanım İvanovanı Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.

Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

Sonda muzeyin yeni nəşri olan, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı qonağa hədiyyə olunub.

1news.az

Paylaş:
689

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər